Xərçəng olmaq istəmirsinizsə bu əşyalardan uzaq durun - Biri hər saniyə yanımızdadır - VİDEO
Son araşdırmalar bəzi gündəlik istifadə olunan məhsulların xərçəng riski ilə əlaqəli ola biləcəyini göstərir.
meqale.com xəbər verir ki, elm adamları xüsusilə uzunmüddətli və yüksək dozada istifadədə bəzi maddələrin sağlamlığa təsirini diqqətlə izləyirlər.
Yapışmayan tavalar yüksək temperaturda istifadə edildikdə politetrafloroetilen (PTFE) və ya digər örtüklərdən ayrılan zərərli qazların orqanizmə təsir edə biləcəyi qeyd olunur. Rəngli şamlar yanarkən toksik qoxular və ultrafincə hissəciklər buraxa bilər. Mobil telefonlardan yayılan elektromaqnit radiasiyanın uzunmüddətli təsiri mövzusunda araşdırmalar davam edir, bəzi elmi hesabatlar yüksək intensivlikdə radiasiyanın hüceyrə səviyyəsində dəyişikliklər yarada biləcəyini göstərir.
Emal olunmuş qidalar və toxum yağlarının yüksək istilikdə və ya uzun müddət saxlanması bəzi kimyəvi maddələrin yaranmasına səbəb ola bilər. Plastik ev əşyaları və alminium folqa da bəzi şəraitdə qida ilə kimyəvi reaksiyaya girərək zərərli birləşmələr əmələ gətirə bilər.
Mütəxəssislər bu məhsulların istifadəsini tamamilə dayandırmaq əvəzinə, ehtiyatlı və ölçülü istifadə etməyi tövsiyə edir. Məsələn, tavaları orta temperaturda istifadə etmək, mobil telefonu uzun müddət qulağa yaxın saxlamamaq, qida məhsullarını plastik qabda uzun müddət saxlamamaq kimi tədbirlər riski azalda bilər.
Qeyd edək ki, hələlik bu məhsulların istifadəsi ilə xərçəng arasında birbaşa və qəti əlaqə təsbit olunmayıb, lakin ehtiyat tədbirləri görmək tövsiyə olunur.