Bu universitetdən 6 müəllim işdən qovuldu - rəsmi

"Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim işdən uzaqlaşdırılıb".

Bu universitetdən 6 müəllim işdən qovuldu - rəsmi
"Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim işdən uzaqlaşdırılıb".

meqale.com xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində universitetin rektoru Gəray Gəraybəyli deyib.

O qeyd edib ki, hazırda universitetdə heç bir rüşvət və ya qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz.

Rektor qeyd edib ki, ölkədə çoxlu plastik-estetik cərrah olsa da, hazırda bu sahədə rezidentura təhsili alan 7 tələbə var, məzun olan isə cəmi 3 nəfərdir.

Rektor, həmçinin bildirib ki, universitetin yataqxanası tələbələrin ehtiyaclarını qarşılamır. Bu səbəbdən də yeni yataqxana tikilməsi planlaşdırılır.

Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin müxtəlif dövrlərdə sosial şəbəkələrdə gündəmə gələn, müzakirə olunan geyim kodekslərindən də danışıb.