Bu universitetin tələbələri 3 aydır təqaüd almır - Rəsmi AÇIQLAMA

Azərbaycan Dillər Universitetinin tələbələri 3 aydır ki, təqaüd ala bilmirlər.

Bu universitetin tələbələri 3 aydır təqaüd almır - Rəsmi AÇIQLAMA
Azərbaycan Dillər Universitetinin tələbələri 3 aydır ki, təqaüd ala bilmirlər.

meqale.com-a bu barədə universitetin tələbələri bildirib.

Onlar iyul, avqust və sentyabr aylarının təqaüdünü hələ də almadıqlarını qeyd edirlər.

Bununla bağlı universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı meqale.com-ın sorğusuna cavab olaraq bildirib ki, təqaüdlər iki gün ərzində veriləcək:

"Gecikmənin səbəbi yeni tədris ilinin başlanması və tələbə kabinetlərində işlərin yekunlaşması ilə bağlıdır. Təqaüdlər iki gün ərzində veriləcək" .

Nərmin Mahmudova meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun