Bu xəstəxanada 3 günə 20 nəfər öldü
Rumıniyanın Buxarest məhkəməsinin prokurorluğu üç gün ərzində Müqəddəs Panteleimon xəstəxanasında reanimasiyada olan 20 xəstənin ölümü ilə bağlı cinayət işi açıb.
meqale.com lente istinadən bildirir ki, ölümə səbəb dərmanların təyin edilməsində səhv olub.
Buxarest məhkəməsinin prokurorluğu adam öldürmə maddəsi ilə cinayət işi açıb. Məlumata əsasən, aprelin 4-dən aprelin 7-dək Müqəddəs Panteleimon xəstəxanasının reanimasiya şöbəsində 20 nəfər dünyasını dəyişib. Ölüm norepinefrin dozasının azalması səbəbindən baş verib.