Bu xəstəxananın sabiq şöbə müdirinə 10 il cəza istənildi

"Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu xəstəxananın sabiq şöbə müdirinə 10 il cəza istənildi
"Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.

Prokuror təqsirləndirilən Hüseyn Seyidovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 13-də davam etdiriləcək.