Bu yumurta 912 manata satıldı
İngiltərədəki fermalardan birində tapılan unikal toyuq yumurtası dünyanın ən bahalı yumurtası olub.
meqale.com bildirir ki, o, 420 funt sterlinqə (912 manata) satılıb.
Ferma işçisi Eli Qrin qeyri-adi yumurtanı hələ yanvar ayında kəşf edib. O, yumurtanın digərlərindən fərqli yuvarlandığını iddia edir.
Səbəb onun yumurtavari deyil, sferik formada olmasıdır və bu olduqca nadirdir. "Heç kimdə bu yoxdur, hətta İlon Maskın da yumru yumurtası yoxdur, elə deyilmi?, - Qrin söyləyib.
Sferik yumurtalar əvvəllər də hərraca çıxarılıb. Hərrac zamanı belə bir lotun qiymətinin 220 funt sterlinqə çatdığı məlumdur. Qrinin tapdığı yumurta bu məbləğin iki qatına satılıb.