“Bunu borc kimi qəbul etməyəcəyik” - Zelenski

"Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək".

“Bunu borc kimi qəbul etməyəcəyik” - Zelenski
"Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna ABŞ-dən əvvəlki çərçivə sənədindən tamamilə fərqli olan kritik faydalı qazıntılar üzrə yeni saziş layihəsi alıb.

"Ukrayna ABŞ-dən faydalı qazıntılar üzrə yeni saziş layihəsini alıb. Bu, əvvəlki çərçivə sazişindən tamamilə fərqli bir sənəddir. Ukrayna ABŞ-nin hərbi yardımını borc kimi tanımayacaq. Biz dəstəyə görə minnətdarıq, lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik", - Ukrayna lideri qeyd edib.