Kimlərə süd içmək olmaz? - Açıqlama

Süd və süd məhsullarını tibbi göstəriş olmadan rasiondan çıxarmaq sağlamlığa mənfi təsir göstərə bilər.

Kimlərə süd içmək olmaz? - Açıqlama
Süd və süd məhsullarını tibbi göstəriş olmadan rasiondan çıxarmaq sağlamlığa mənfi təsir göstərə bilər.

meqale.com xəbər verir ki, bunu rusiyal qastroenteroloq və hepatoloq Aleksandr Andreyev deyib. O bildirib ki, süd məhsulları orqanizm üçün vacib olan zülal, vitamin və minerallarla zəngindir.

"Süd, kəsmik, kefir və pendir tərkibindəki D, A, E, PP və B qrupu vitaminləri, eləcə də kalsium sayəsində sümüklərin möhkəmliyini qoruyur, əzələlərin və sinir sisteminin normal fəaliyyətini dəstəkləyir. Xüsusilə turş süd məhsullarının orqanizmdən çıxarılması bağırsaqların fəaliyyəti, həzm prosesi və immun sisteminin işi üçün mənfi nəticələrə səbəb ola bilər".

Süd məhsulları yalnız laktaza çatışmazlığı və ya bu məhsullara qarşı allergiya hallarında rasiondan çıxarılmalıdır.

Qidalanmada süd və süd məhsullarının balanslı şəkildə istifadəsi orqanizmin vitamin və mineral ehtiyacını ödəməyə, eyni zamanda sümüklərin, dişlərin və sinir sisteminin sağlam qalmasına kömək edir.