Bunu etsəniz, mikrodalğalı sobanız partlayacaq - Təhlükə

Mətbəxdə işimizi azaldan ən vacib alətlərdən biri məhz mikrodalğalı sobadır. Əgər isitmə və ərimə zamanı bu alətdən diqqətli istifadə etməsəniz, baş verəcək bədbəxt hadisələrə hazır olmalısınız. Belə ki, qətiyyən mikrodalğalı sobada qızdırılmamalı qidalar var.

Bunu etsəniz, mikrodalğalı sobanız partlayacaq - Təhlükə
Mətbəxdə işimizi azaldan ən vacib alətlərdən biri məhz mikrodalğalı sobadır. Əgər isitmə və ərimə zamanı bu alətdən diqqətli istifadə etməsəniz, baş verəcək bədbəxt hadisələrə hazır olmalısınız. Belə ki, qətiyyən mikrodalğalı sobada qızdırılmamalı qidalar var.

meqale.com Yenisabah-a istinadən mikrodalğalı sobada qızdırılması qadağan olan 9 qida növünü təqdim edir:

Yumurta

Siz qısa zaman ərzində qaynadılmış yumurta hazırlamaq üçün onu mikrodalğalı sobaya atmaq istəyirsinizsə, böyük səhv edirsiniz. Çünki yumurta mikrodalğalı sobaya qoyulan kimi partlayır.

Kartof, armud, kök, pomidor

Kartof, armud, kök, pomidor kimi qidaları mikrodalğalı sobaya qoymaq olmaz, çünki onlar da yumurta kimi partlayırlar.

Tumlu meyvələr

Alça, gavalı, şaftalı kimi tumlu meyvələri mikrodalğalı sobaya qoymayın. Əgər bunu edərək şansınızı sınamaq istəyirsinizsə, sizi sonradan uzun təmizlik işi gözləyəcək. Əgər kifayət qədər vaxtınız varsa, meyvələrin tumlarını çıxardıqdan sonra sobada qızdıra bilərsiniz.

Üzüm

Heç vaxt mikrodalğalı sobada üzüm qızdırmağa cəhd etməyin. Təzə üzüm istiyə məruz qaldıqda çox tez əriyir. Bu da sobaya ciddi zərər verə bilər.

Bibər

Mikrodalğalı sobaya bibər qoymaq istəyirsinizsə, onu salfetə bükün. Çünki bibər qızdıqca ətrafa "kapsaisin" maddəsini yığmağa başlayır. Bu zaman ətrafa yayılan qoxu gözlərinizi və boğazınızı ciddi şəkildə yandıra bilər.

Pendir

Pendiri soyuducuda soyuda bilərsiniz, lakin qızdırmaq niyətindəsinizsə, burnunuza ipəzor taxmaq faydalı olacaq. Çünki pendir əriməyə başladıqda kəskin qoxu ətrafa yayılmağa başlayır.

Su

Çay və ya qəhvə hazırlamaq istədiyiniz zaman suyu qızdırmaq üçün mikrodalğalı sobadan istifadə etmək sizə kömək etməyəcək. Çünki mikrodalğalı soba suyu qaynatmır sadəcə olaraq qızdırır.

Metal qablar

Sobaya metal və aliminium qabları qətiyyən qoymayın. Əgər konservanı qızdırmaq istəyirsinizsə, qabın hansısa yerində deşik açmaq məsləhətdir.