Burak Özçivit Rusiyada filmə çəkiləcək

Türkiyənin məşhur aktyoru Burak Özçivit Rusiyada filmə çəkiləcək.

Burak Özçivit Rusiyada filmə çəkiləcək
Türkiyənin məşhur aktyoru Burak Özçivit Rusiyada filmə çəkiləcək.

meqale.com olay-a istinadən bildirir ki, sənətçi  "Yolki - 11" ekran əsərində rol alacaq.

Fevral ayında Sankt-Peterburqa səfəri zamanı Burak şimal şəhərinə aşiq olduğunu və rus kinosuna çəkilmək arzusunda olduğunu bildirib. 

Görünür, aktyorun bu arzusu gerçəkləşəcək. Beləki, Burak gənc həmkarı "Slova patsana" serialının ulduzu Ruzil Minekaevin çəkiliş meydançasında onun tərəfdaşı olacaq.

"Yolki - 11" filminin çəkilişləri Tatarıstanda aparılacaq. Filmin 19 dekabr 2024-cü ildə nümayişi gözlənilir.

Bu günə qədər məşhur yaraşıqlı kişinin qonorarı haqqında heç nə məlum deyil, lakin adətən onun çəkiliş günlərindən birinin qiyməti 1,5 ilə 3 milyon rubl ( təxminən 28000 - 56000 manat) arasında dəyişir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun