Buraxılış imtahanından maksimum bal toplayan məktəblilər danışdı - VİDEO
Ölkə üzrə 23 məktəbli buraxılış imtahanında maksimum nəticə göstərib. Onlardan 8-i paytaxt, 15-i isə rayonların payına düşür.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, səkkiz paytaxt məktəblisindən biri də Nuray Bayramovadır. 300 bal toplayan Nuray imtahana hazırlıq müddətində çox çalışdığını və istədiyi nəticəyə nail olduğunu bildirib.
Nuray Bayramova təhsilini tibb sahəsində davam etdirəcəyini deyib.