“Bütün iqtisadi əlaqələr kəsilsin, Fransa şirkətləri Azərbaycandan çıxarılsın”
Xəbər verdiyimiz kimi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.
meqale.com-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:
1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin;
2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun;
3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın;
4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın;
5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.