Bütün zamanların ən yaxşı üç qapıçısının adını AÇIQLADI

Londonun "Çelsi", "Arsenal" və Çexiya millisinin keçmiş qapıçısı, 2019-cu ildə karyerasını başa vuran Petr Çex bütün zamanların üç ən yaxşı qapıçısının adını açıqlayıb.

"Mənim versiyamda iki dünya çempionu var: Canluici Buffon və Manuel Noyer. Mən Peter Şmeyheli də ilk üçlüyə daxil edərdim", - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə,Çex söyləyib.

Buffon 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub. Noyer 2014-cü ildə Almaniya yığması ilə dünya çempionatının qalibi olub. Şmeyhel Danimarka millisinin tərkibində 1992-ci ildə Avropa çempionu olub.