BVF Azərbaycanda inflyasiya proqnozunu yenilədi
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın növbəti iki il ərzində tədricən artacağını gözləyir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, son proqnoza əsasən, ölkədə istehlak qiymətləri indeksi (İQİ) 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə 4,5 faiz təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə inflyasiya 2,2 faiz səviyyəsində qiymətləndirilir.
Milli statistika da bahalaşmadan xəbər verir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artıb.