Çadda silahlı şəxslər prezident sarayına hücum ediblər - 19 nəfər ölüb - Yenilənib
07:44
Çadın paytaxtı Ndjamenada "Boko Haram" terror qruplaşmasının prezident sarayına hücumu nəticəsində 18-i terrorçu olmaqla, azı 19 nəfər ölüb.
meqale.com xəbər verir ki, bu barədə "AFP" Çad hökumətinin məlumatlarına istinadən məlumat yayıb.
--------- 00:49 Çadın paytaxtı Njamenada silahlı şəxslər prezident sarayına hücum ediblər.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətinə istinadən "AFP" agentliyi məlumat yayıb.
"Al Arabiya"nın məlumatına görə, hücum edənlər "Boko Haram" silahlıları olub.