Cadenza Contemporary Orchestra 2023-cü ilin son konsertini Arif Məlikov yaradıcılığına həsr edəcək - FOTO
Cadenza Contemporary Orchestra 2023-cü ilin son konsertini dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikov yaradıcılığına həsr edəcək. 28 dekabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək "Arif Məlikov-90" adlı konsertdə bəstəkarın Sonata (solo violin), Nazim Hikmətin sözlərinə dörd romans (işlənmə Səid Qəni), Ötəri anlar (solo piano) və Dörd pyes: Noktürn, Düşüncə, Ağır vals, Tokkata (işlənmə Ayaz Qəmbərli) əsərləri ifa olunacaq. Konsertin solistləri Fatimə Nəsirli (violin), Nigar Əsgərova (soprano) və Ülviyyə Kazımova (piano) olacaq.
Giriş Sərbəstdir.