Cadugərlər bayramında qan töküldü - Ölənlər var - FOTO
ABŞ-nin Florida ştatının Tampa şəhərinin küçəsində Hellouin şənliyi zamanı iki qruplaşma arasında dava silahlı qarşıdurmaya çevrilərək 2 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, insident xeyli sayda bar və gecə klublarının yerləşdiyi küçədə baş verib. Polis açıqlayıb ki, hadisədə azı iki atıcı iştirak edib ki, onlardan biri artıq təslim olub.
Polis hadisənin səbəblərini araşdırır.