Cavanşir Cəfərovun 70 illik yubileyinə həsr olunmuş gecə keçirildi - FOTO

Noyabrın 5-də Ş.Məmmədova adına Opera studiyasında Azərbaycan dirijorluq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, Prezidentin Fəxri təqaüdçüsü Cavanşir Cəfərovun 70 illik yubileyinə həsr olunmuş gecə keçirildi.

Konserti açılış sözü ilə açan Əməkdar artist Fərid İbrahimov yubilyara Azərbaycanın Xalq artisti , Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov adından Fəxri fərman təqdim etdi. Həmçinin Cavanşir Cəfərov Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adından da təltif edildi.

N.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının məzunu olan C.Cəfərov uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin baş dirijoru olmuş, Teatrın repertuarındakı bir çox opera və balet tamasalarını ustalıqla idarə etmişdir. Maestro bu gün də dirijor kimi Teatrda fəaliyyətini davam etdirir.

C.Cəfərov Opera və Balet Teatrında çalışdığı illərdə Azərbaycanın hüdudlarından kənarda - Fransa, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuş, musiqi sənətimizi uğurla təmsil etmişdir.

Sənətkarın yubileyinə həsr olunmuş təntənəli gecədə Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artistləri Samir Cəfərov və Gülnaz İsmayılova, Əməkdar artistlər Səbinə Əsədova, Fəridə Məmmədova, Azər Zadə, İlahə Əfəndiyeva, Fərid Əliyev, Afaq Abbasova solistlər Fatimə Cəfərzadə, Mahir Tağızadə, Adil Axundov, Nina Makarova, Teatrın xor kollektivinin üzvləri ilə birgə çıxış etdilər. Yubiley konsertində dünya şöhrətli bəstəkarlar C.Verdi, C.Puççini, P.Maskanyi, C.Rossini, İ.Ştraus və başqalarının musiqiləri səsləndirildi.