Cəbrayılda inşa olunacaq yaşayış binalarının sayı açıqlandı
Cəbrayıl şəhərində 33 ümumi yaşayış binası tikiləcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, yaşayış kompleksi Cəbrayıl şəhərinin inzibati ərazisində 7,87 ha ərazidə inşa edilir və tikinti işlərinə bu ilin aprel ayının sonlarında başlanılıb.
Yaşayış kompleksində 6 kvartaldan ibarət olan və 33 ümumi yaşayış binası tikiləcək. Burada 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8 mənzilin 2-3 otaqdan ibarət studiya tipli olması, 392 mənzilin üçotaqlı, 168 mənzilin isə dördotaqlı olması nəzərdə tutulub.