Cəlilabadda qəza olub, 4 nəfər xəsarət alıb - FOTO

Cəlilabadda yol qəzası olub.

Cəlilabadda qəza olub, 4 nəfər xəsarət alıb - FOTO
Cəlilabadda yol qəzası olub.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.

Hadisə ilə bağlı araşdırma aparılır.