“Çelsi” və “Mançester Yunayted” uduzdu
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
meqale.com xəbər verir ki, "Çelsi" doğma meydanda "Fulhem"lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ruben Amorimin başçılıq etdiyi "Mançester Yunayted" də səfərdə "Vulverhempton"a uduzub - 0:2.
"Tottenhem" də səfərdə "Nottinqem Forest"lə bacarmayıb - 0:1.