Çelyabinskdə güclü partlayış - 4 nəfər ölüb

Rusiya Federasiyasının Çelyabinsk vilayətində yerləşən Kopeysk şəhərindəki sənaye müəssisəsində güclü partlayış baş verib.

Çelyabinskdə güclü partlayış - 4 nəfər ölüb
Rusiya Federasiyasının Çelyabinsk vilayətində yerləşən Kopeysk şəhərindəki sənaye müəssisəsində güclü partlayış baş verib.

meqale.com xəbər verir ki, bubarədə vilayətin qubernatoru Aleksey Teksler "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində dörd nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.

"Kopeysk şəhərindəki müəssisələrdən birində partlayış baş verib. Təəssüf ki, ölənlər var. Hadisə yerinə bütün operativ xidmətlər cəlb olunub, qərargah yaradılıb", - deyə Teksler bildirib.

Qubernatorun sözlərinə görə, müəssisəyə pilotsuz uçuş aparatının zərbə endirməsi versiyası təsdiqini tapmayıb.