Cem Yılmaz özünü belə təbrik etdi

Məşhur komediya ustası Cem Yılmaz sosial media hesabında doğum günü münasibətilə özünü təbrik edib.

Cem Yılmaz özünü belə təbrik etdi
Məşhur komediya ustası Cem Yılmaz sosial media hesabında doğum günü münasibətilə özünü təbrik edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur komediya ustası Cem Yılmazın 51 yaşı tamam olub.

Yılmaz ad günü üçün xüsusi paylaşım edərək sağlam və uzun ömrün sirlərindən yazıb:

"Ağlıma gəlməzdi ki, bu yaşa gələcəyəm. Bu heyrətamizdir. Doğum günümü təbrik edən bütün dostlarıma təşəkkür edirəm. Uzun ömür sürməyimin sirri həmişə pozitiv görünməyim və özümü sevməyimdir. Əlbəttə ki, zəncəfil və kvant fizikası əsasında yaşamağın da payı var. Ən önəmlisi isə həmişə etdiyim yoqa! Təşəkkür edirəm 2024".