Cem Yılmazın yeni sevgilisi bəlli oldu - FOTO

Türkiyəli populyar şoumen Cem Yılmazın sirli yeni sevgilisinin kim olduğu məlum olub.

Cem Yılmazın yeni sevgilisi bəlli oldu - FOTO
Türkiyəli populyar şoumen Cem Yılmazın sirli yeni sevgilisinin kim olduğu məlum olub.

meqale.com oxuya istinadən xəbər verir ki, 50 yaşlı Yılmazın 37 yaşlı Necla Karahalil ilə eşq yaşadığı üzə çıxıb.

2012-ci ildə ailə həyatı qurduğu və cəmi 20 ay evli qaldığı aktrisa Ahu Yağtudan Kemal adlı oğlu olan Yılmazın bundan öncə Serenay Sarıkaya və Defne Samyeli ilə eşq yaşaması çoxsaylı şayiələrə səbəb olub. İndi isə gülüş ustası yeni sevgiyə yelkən açıb.

Yılmaz bir müddət əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib. O, öz ayaqqabısı ilə birlikdə hündürdaban qadın ayaqqabının fotosunu dərc edib.

Yılmazın paylaşdığı fotodakı hündürdaban ayaqqabının kimə aid olduğu maraq doğurub.