Çempionlar Liqası: "Kopenhagen" baş məşqçisi "Qalatasaray"a meydan oxudu
"Bavariya" ilə qolsuz heç-heçə edən "Kopenhagen" Çempionlar Liqasında "Qalatasaray"la keçirdiyi son qrup matçı öncəsi üstünlük əldə edib.
meqale.com baku.ws-ə istinadən xəbər verir ki, alman nəhəngi ilə matçdan sonra açıqlama verən "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup "Qalatasaray"ı hədəfə alaraq "Hələ işimizi bitirməmişik. İndiyə qədər qeyri-adi iş görmüşük. Taleyimizi özümüz təyin edəcəyik" deyib.
Danimarka yığması sarı-qırmızılara qalib gəlsə qrupdan çıxacaq.
Çempionlar Liqasının son həftəsində "Qalatasaray"la qarşılaşacaq "Kopenhagen" qalib gəlsə, qrupdan çıxacaq. "Qalatasaray" qalib gəlsə, sarı-qırmızılılar növbəti mərhələyə adlayacaq. "Qalatasaray" qalib gəlsə, "Mançester Yunayted" isə "Bavariya"ya uduzsa, "Kopenhagen" Avropa Liqasından ayrılacaq. Həm "Qalatasaray", həm də "Mançester Yunayted" qalib gəlsə, "Kopenhagen" Avropa ilə vidalaşacaq.