Cənubi Koreyanın devrilmiş prezidenti dindiriləcək - tarix açıqlandı
Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu səlahiyyətlərindən kənarlaşdırılmış prezident Yun Sok Yölü dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.
meqale.com xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Xatırladaq ki, ekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yölə qarşı impiçment elan edib. Proses onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.