Cəriməni buradan ödəyənlərə 40 % endirim edilir? - RƏSMİ AÇIQLAMA

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılmışdır.

Onlardan biri də "asancerime.com" səhifəsidir. meqale.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Vətəndaşlardan xahiş olunur ki, belə səhifələrə etibar etməsinlər, bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmasınlar.

Qeyd edək ki, bu tip səhifələrin rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur