Çexiyada atışma törədən şəxs atasını öldürməkdə şübhəli bilinir - FOTO
"Praqa atıcısı" David Kozak bu yaxınlarda Bryanskda 14 yaşlı orta məktəb şagirdinin idman zalında iki nəfəri öldürdüyü atışmadan ilhamlanıbmış.
Mill.Az xəbər verir ki, Kozak rus dilində teleqram kanalı işlədirmiş. O, orada dekabr ayı ərzində "məktəbdə atişmaları" və rus məktəblərində atəş açanlara "heyran qaldığını" anons edirmiş.
David Kozakın milliyyəti və motivləri haqqında hələ heç nə məlum deyil.
Onun atışmadan bir müddət əvvəl atasını da qətlə yetirdiyi bildirilir.Eyni zamanda onun evinin altından qaz bombası və müxtəlif növ silahların tapıldığı xəbər verilir.