Ceyhun Bayramov Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
Məlumata görə, XİN başçısı müdrik siyasəti ilə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına səbəb olan Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsi qarşısına əklil qoyub.
meqale.com