Ceyhun Bayramov İrana getdi - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "3+3" formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb.

Ceyhun Bayramov İrana getdi - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "3+3" formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb.

XİN-dən meqale.com-a verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

-------- 09:39 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda "3+3" regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

meqale.com xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, C.Bayramov oktyabrın 23-də İrana yola düşəcək.

Xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.