Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" platformasında bildirib.
"Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu.
Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq", - Ceyhun Bayramov vurğulayıb. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun