CHP tərəfdarlarının olduğu eyvan uçdu - ANBAAN VİDEO

Türkiyənin Denizli şəhərində CHP-nin binasında seçkilərin ilkin nəticələrinin qeyd edilməsi zamanı insident baş verib.

CHP tərəfdarlarının olduğu eyvan uçdu - ANBAAN VİDEO
Türkiyənin Denizli şəhərində CHP-nin binasında seçkilərin ilkin nəticələrinin qeyd edilməsi zamanı insident baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Tavas qəsəbəsində qeyd alınıb.

Belə ki, CHP tərəfdarları Tavasda bələdiyyə sədri Kadir Tatıkın seçkilərdə irəlidə olmasını qeyd etmək üçün partiyanın binası önünə gəlib.

Bir qrup tərəfdar isə ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən eyvana toplaşıb. Tədbir zamanı eyvan ağırlığa tab gətirməyərək uçub. Hadisə zamanı 3-ü ağır olmaqla 18 nəfər yaralanıb.