Cim Kerriyə mükafat veriləcək
Amerikalı məşhur aktyor Cim Kerri Fransanın ən nüfuzlu kino mükafatı olan "Cesar"la təltif ediləcək.
meqale.com xəbər verir ki, mükafatlandırma mərasimi 17 fevral 2026-cı ildə Parisdəki "Olimpiya" konsert zalında keçiriləcək.
Cim Kerri Fransız Kino Akademiyası tərəfindən kinoya verdiyi böyük töhfələrə görə bu mükafatla təltif olunacaq.