Çimərkən "tok" vurdu, öldü - FOTO

İzmirdə səhər saatlarında duş qəbul etmək üçün hamama girən 12 illik polis məmuru Cahit Alkan tok vurması nəticəsində dünyasını dəyişib.

Çimərkən
İzmirdə səhər saatlarında duş qəbul etmək üçün hamama girən 12 illik polis məmuru Cahit Alkan tok vurması nəticəsində dünyasını dəyişib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayraklının Gümüşpala rayonunda baş verən hadisədə səhər saatlarında duş qəbul etmək üçün vanna otağına girən 38 yaşlı polis məmuru Cahit Alkanı tok vurub.

Alkan xəbərdarlıq üzərinə ünvana gələn təcili yardımla xüsusi xəstəxanaya aparılıb.

Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, evli və bir övladı olan Cahit Alkanı xilas etmək mümkün olmayıb.