Çimərlik voleybolçularımız Latviyada gümüş qazandı
Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisi Latviya açıq çempionatında iştirak edib.
meqale.com Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib.
Olimpiya sistemi ilə keçirilən turnirdə milli uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.