Çin ordusuna "Hazır ol!" əmri verildi - Müharibə olacaq?
Çin KP MK-nin baş katibi Si Szinpin real döyüşlərdə qalib gəlmək şanslarını artırmaq üçün hərbçiləri müharibə və döyüş planlamasını dərinləşdirməyə çağırıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Çin lideri bildirib ki, dünya yeni təlatüm və dəyişiklik dövrünə qədəm qoyub, Çinin təhlükəsizlik vəziyyəti daha qeyri-sabit və qeyri-müəyyəndir:
"Biz çox düşünməli və hərbi məsələləri siyasi baxımdan həll etməli, cəsarətlə mübarizə aparmalı və milli suverenliyimizi, təhlükəsizliyimizi, maraqlarımızı qətiyyətlə müdafiə etməliyik", - deyə Szinpin qeyd edib.