Çin Türkiyədə avtomobil istehsal edəcək
Çin Türkiyədə avtomobil istehsalına hazırlaşır.
meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Avtomobil Təchizat İstehsalçıları Dərnəyinin (TAYSAD) İdarə Heyətinin sədri Albert Saydam bildirib.
"Hazırda birdən çox Çin şirkəti ilə danışıqlar aparırıq. Skywell şirkəti ilə fabrik investisiyası üçün danışıqlar gedir, Chery və MG də namizədlər arasındadır", - deyə o əlavə edib.
A.Saydam onu da qeyd edib ki, TAYSAD 2030-cu ilə qədər dünyanın ən yaxşı on avtomobil istehsalçısı arasında olmağı hədəfləyir.