Çində növbəti öldürücü virus: Gənə ilə ötürülərək beyinə təsir edir
Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun çinli alimləri gənə vasitəsilə ötürülən və sinir sisteminə zərər verən yeni virus aşkar ediblər.
meqale.com xəbər verir ki, bu tədqiqat barədə "The New England Journal of Medicine" (NEJM) elmi nəşrində dərc olunub.
Aşkar edilmiş patogenə bataqlıq virusu və ya "WELV" adı verilib. Virus ilk dəfə Çinin şimalındakı Daxili Monqolustanda parkı ziyarət edərkən gənə dişləyərək xəstəxanaya yerləşdirilən 61 yaşlı kişidə aşkar edilib.