Çində strateji mineral yataqları tapılıb

Çin alimləri ölkədə kifayət qədər strateji mineral kimi tanınan niobiumun yataqlarını kəşf ediblər.

Çində strateji mineral yataqları tapılıb
Çin alimləri ölkədə kifayət qədər strateji mineral kimi tanınan niobiumun yataqlarını kəşf ediblər.

Bu element müxtəlif sənaye sahələrində, o cümlədən avtomobil sənayesində və nüvə enerjisi sahəsində fəal şəkildə istifadə olunur.

meqale.com oxuya istinadən xəbər verir ki, yerli mineral niobium-baotou adlandırılıb. Belə ki, o Baotou şəhərindəki yataqda tapılıb.

Kəşfin müəllifləri Mərkəzi Nüvə Geoloji Elm və Texnologiya şirkətinin tədqiqatçılarıdır. Yeni aşkar edilmiş mineral artıq Beynəlxalq Minerallar Assosiasiyasından rəsmi təsdiq alıb və onların reyestrinə IMA 2022-127a nömrəsi ilə daxil edilib.

Qeyd edək ki, niobium aşağı istilik neytron tutma qabiliyyətinə görə nüvə sənayesində əsas element sayılır.