Çində uçan mədəndə 13 işçinin cəsədi tapıldı

Çinin Pinqdinqşan şəhərində (Henan əyaləti, Mərkəzi Çin) kömür mədənində işləyən 13 mədənçinin ölümü təsdiqlənib, daha üç mədənçi itkin düşmüş hesab olunur.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə mədənin sahibi olan "Tianan Coal Mining" şirkətinin nümayəndəsi məlumat verib.

Fövqəladə hadisə cümə günü Pekin vaxtı ilə saat 14:55-də (Moskva vaxtı ilə 09:55) baş verib. İlkin məlumata görə, səbəb qaz və kömürün püskürməsi olub.

Xilasetmə işləri davam edir, hadisə ilə bağlı araşdırma aparılır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun