Cinsiyyəti məlum olmayan uşaqlar doğuldu
2023-cü ildə Tümen vilayətində cinsiyyəti qeyri-müəyyən altı uşaq dünyaya gəlib.
meqale.com lente istinadən bildirir ki, regional səhiyyə idarəsi nadir mutasiyaya məruz qalan yeni doğulmuş körpələr barədə məlumat verib
Söhbət insanın həm xarici, həm də daxili cinsiyyət orqanlarının nə qadın, nə də kişi cinsinə uyğun gəlmədiyi mutasiyadan gedir. Bildirildiyinə görə, belə uşaqların cinsini cərrahi yolla düzəltmək olar. Eyni zamanda, cinsi aydınlaşdırmaq üçün genetik tədqiqat aparmaq lazımdır.