ÇL: "Barselona" qələbə qazandı, "Yuventus" heç-heçə etdi
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turuna start verilib.
meqale.com xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmalarında "Monako" evində "Aston Villa"nı (1:0), "Atalanta" "Şturm Qraz"ı (5:0) məğlub etməyi bacarıb.
Maraqla gözlənilən "Benfika" - "Barselona" matçı dramatik alınıb. Görüşdə qapılara 9 qol vurulub. Portuqaliyalılar 4:2 hesabı ilə önə keçsələr də, yekunda kataloniyalılar qələbə qazanıblar - 5:4.
"Atletiko" isə "Bayer"lə qarşılaşıb. İspaniya təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.