ÇL-də yeni mövsümə start verildi
Bu gün avrokubokların 2024/25 mövsümünə start verilib.
meqale.com xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutub.
Yeni mövsüm Litvada keçiriləcək qarşılaşma ilə başlayacaq. HİK-i qəbul edən "Panevejis" gözlənilmədən rəqib qapısından 3 cavabsız top keçirib.
Rumıniya çempionu FCSB isə səfərdə "Virtus"u 7 dəfə məyus edib - 7:1.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunlarına sabah yekun vurulacaq.
Çempionlar Liqası I təsnifat mərhələsi İlk oyunlar, 9 iyul 19:30. "Panevejis" - HİK - 3:0 20:45. "Hamrun Spartans" - "Linkoln" - 0:1 22:00. TNS - "Deçiç" - 3:0 22:00. "Santa Koloma" - "Balkani" - 1:2 22:45. "Vikinqur" - "Şemrok Rovers" - 0:0 23:00. "Virtus" - FCSB - 1:7