ÇL: “İnter” “Atletiko”ya, PSV “Borussiya”ya qarşı
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti matçlar keçiriləcək.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, ilk oyunlar çərçivəsində iki qarşılaşma baş tutacaq.
İtaliyada "İnter" "Atletiko"nu sınağa çəkəcək. PSV isə Niderlandda Dortmund "Borussiya"sı ilə görüşəcək.
Qeyd edək ki, 1/8 finalın ilk oyunlarına sabah yekun vurulacaq.