Cocuq Mərcanlıda 8 xanım işlə təmin edildi - VİDEO - FOTO
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb.
meqale.com xəbər verir ki, müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.
Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin edilir. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur.