Coşqun Diniyev “Ümraniyəspor”dan ayrılıb – AZƏRBAYCANA QAYITMAYACAQ
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev "Ümraniyəspor"dan ayrılıb.
meqale.com xəbər verir ki, bunu İdman.Biz-ə futbolçunun atası, "Səbail"in baş məşqçisi Şahin Diniyev məlumat verib.
Təcrübəli mütəxəssis azad agent statusu daşıyacaq oğlunun Azərbaycana qayıtmayacağını deyib: "Coşqun yenə ölkə xaricində oynayacaq. Azad agent statusu aldıqdan sonra menecerləri ilə məsləhətləşərək ən düzgün seçimi edəcək".