Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına "stop" qoyulub.

Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına "stop" qoyulub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərarı Bakı Kommersiya Məhkəməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbi əsasında  qəbul edib.

"RANT GROUP" MMC-nin vergi borcunu ödəməsini təmin etmək məqsədilə şirkətin rəhbəri R.Çovdarovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bu xəbəri rus dilində oxuyun: Сыну Акифа Човдарова запретили выезд из Азербайджана

Qeyd edək ki, "RANT GROUP" MMC-ni ötən il qeydiyyatdan keçirilib. Şirkətin qanuni təmsilçisi Ruslan Çovdarovdur.