Cüdoçumuz EYOF-da erməni rəqibinə ipponla qalib gəldi

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.

Bu barədə meqale.com-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (-81 kq) də 1/4 finala vəsiqə əldə edib.