Daha 3 vətəndaşımız "Yeni Klinika"ya gətirilib
Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan daha 3 Azərbaycan vətəndaş ölkəyə gətirilərək "Yeni Klinika"ya yerləşdirilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, onlar Bakıya iki xüsusi tibbi təyinatlı təyyarə ilə gətiriliblər.
TƏBİB-dən Trend-ə bildirikib ki, səhiyyə naziri Teymur Musayev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov xəsarət alan vətəndaşlarımızı ziyarət edib, onların səhhəti ilə maraqlanıb.
Hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostik muayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müvaviq şöbələrə yerləşdirilməsi təmin olunacaq.
Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib. Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.