Daha bir ağır qəza - Yaralılar var - FOTO

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Daha bir ağır qəza - Yaralılar var - FOTO
Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

meqale.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb.

Bərdə rayon Nazırlı kənd sakini, 2001-ci il təvəllüdlü Göyüşov Orxan Göyüş oğlunun idarəsində olan 99-XZ-915 dövlət qeydiyyat nişanlı, "VAZ-21015" markalı minik avtomobili ilə rayonun Nazırlı kənd sakini Səfərov Akşin Saleh oğlunun idarəsində olan 10-FP-169 dövlət qeydiyyat nişanlı, "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.